İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi adı çəkilməyən İran rəsmisinə istinadən bildirib.
Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.
HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını, həbs olunanların 24 000-dən çox olunduğunu bildirib.