RU

39 yaşlı Nani Qazaxıstan klubunda rekord məbləğdə maaş alacaq

Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq vingeri Luiş Nani karyerasını Qazaxıstanda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "AmanVIBE" yayıb.

Məlumata görə, 39 yaşlı futbolçu "Aktobe" ilə razılığa gəlib. Mənbə Naninin Qazaxıstan Premyer Liqası tarixində ən yüksək maaş alacağını vurğulayıb.

Nani 2007-2015-ci illər aralığında formasını geyindiyi "Mançester Yunayted"in heyətində 4 dəfə İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.

Nihat

Избранный
173
5
fanat.az

6Источники