"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin mənbələri bildirilib ki, son günlər FTB agentlərə şəhərə müvəqqəti köçmək, könüllülərin tapılmasında kömək xahişi ilə mesajlar göndərib. Miqrasiya və Gömrük Xidmətinə qarşı etirazlar mesajlarda xüsusi qeyd edilməyib və bu tapşırığın nə üçün verildiyi dəqiqləşdirilməyib.
Bu həftə FTB direktoru Keş Patel və ABŞ-nin baş prokurorunun müavini Todd Blanş Minneapolisi ziyarət ediblər. Bundan sonra Patel bildirib ki, FTB iğtişaşçılara qarşı tədbirləri sərtləşdirir və cinayətkarları dəstəkləyən maliyyələşdirmə şəbəkələrini araşdırır. Artıq bir neçə nəfər həbs olunub.
Minnesota ötən ilin dekabrından bəri ABŞ administrasiyasının diqqət mərkəzindədir. Bu zaman Daxili Təhlükəsizlik Nazirliyi yüzlərlə insanın həbsinə səbəb olan və federal agentlərlə etirazçılar arasında toqquşmalarla müşayiət olunan miqrasiya nəzarətinin sərtləşdirilməsi əməliyyatına başlayıb.