RU

Trampın şantajına imkan verməyəcəyik - Klinqbayl

Avropalılar özlərini şantaj etməyə imkan verməyəcəklər.

Axar.az xəbər verir ki, bunu Almaniya vitse-kansleri Lars Klinqbayl deyib.

"Trampın yolunu tutmayacağımız tamamilə aydındır. Özümüzü şantaj etməyə və ya təxribata məruz qoymağa imkan verməyəcəyik. Nə tariflərlə, nə sözlə. Avropalıların ABŞ-a vahid və aydın cavab verməsi vacibdir. ABŞ-da hər kəs indi başa düşməlidir: avropalılar bununla razılaşmayacaqlar", - Klinqbayl bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
112
1
olaylar.az

2Источники