RU

“Tottenhem” baş məşqçini vəzifəsindən KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İngiltərənin “Tottenhem” klubu yaxın vaxtlarda baş məşqçi Tomas Frankı vəzifəsindən azad edə bilər.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub 52 yaşlı mütəxəssisə dəstək göstərməyə və “Liverpul”da Arne Slotun sabiq köməkçisi Con Heytinqanı heyətə dəvət etməklə məşqçilər korpusunu gücləndirməyə çalışıb. Lakin İngiltərə Premyer Liqasının XXII turunda “Vest Hem”ə məğlubiyyətdən (1:2) sonra T.Frankın istefası gündəmə gəlib.

Hazırda mütəxəssisin gələcəyi ilə bağlı danışıqlar aparıldığı və qərarın çox tezliklə veriləcəyi bildirilib.

Qeyd edək ki, T. Frank 2025-ci ilin iyununda “Tottenhem”lə üçillik müqavilə imzalayıb. Komanda hazırda 27 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
50
konkret.az

10Источники