RU

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama: Ard-arda baş vermələri…

Qeydə alınan yerli təkanlar narahatlığa yol açmır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bu gün Şamaxı və Ağsu rayonlarında baş verən zəlzələlərlə bağlı Oxu.az-a açıqlamasında deyib.

“Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yeraltı təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur”, – Yetirmişli bildirib.

Избранный
56
14
millitv.net

10Источники