RU

Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"

"Real"ın futbolçusu Vinisius Junior azarkeşlərin etirazına sərt reaksiya verib.

QOL.az xəbər verir ki, braziliyalı hücumçu La Liqa çərçivəsində doğma meydanda "Levante" ilə oyundan öncə xoşagəlməz anlar yaşayıb. İsinmə hərəkətləri zamanı "Santyaqo Bernabeu"dakı azarkeşlər tərəfindən fitə basılan 25 yaşlı futbolçu bu münasibətdən bərk qəzəblənib. Matça start verilməzdən əvvəl son dərəcə məyus görünən Vinisiusu komanda yoldaşı Kilian Mbappe təsəlli etməyə çalışıb.

"El Periodico" nəşrinin məlumatına görə, ulduz futbolçu azarkeşlərin ona qarşı münasibətinə belə reaksiya verib: 

"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm".

Xatırladaq ki, Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvdədir. Onun klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Qeyd edək ki, sözügedən qarşılaşma "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
qol.az

2Источники