RU

“Qarabağ”ın rəqibi baş məşqçisiz qaldı

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” baş məşqçisi Dino Topmölleri istefaya göndərib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son 9 oyunda yalnız 1 qələbə qazanan Frankfurt təmsilçisi bunu baş məşqçisinə bağışlamayıb.

Xatırladaq ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq.

“Cebheinfo.az”

Избранный
67
2
cebheinfo.az

4Источники