RU

​Cennifer Lopez dəbdəbəli mülkünü satışa çıxardı

Dünya şöhrətli müğənni Cennifer Lopez Beverli-Hilizdəki dəbdəbəli mülkünü satmaq qərarına gəlib. Əmlak şirkətləri sənətçinin mülkünə alıcı tapmaq üçün yarışa giriblər. Mətbuat.az xəbər verir ki, Los-Anceles şəhərinin qərbində yerləşən malikanənin ümumi yaşayış sahəsi 38 min kv. metrdən çoxdur. Malikanə 12 yataq otağından, dəbdəbəli qonaq otağından, yemək otağından, tennis və basketbol meydançalarından, idman salonundan və kinoteatrdan ibarətdir. Ərazidə bir neçə yardımçı tikili var. Mülkün mühafizəsi yüksək səviyyədə təşkil olunub. Mülkün qiyməti gizli saxlanılır. Bu barədə yalnız real alıcılara məlumat veriləcəyi bildirilir.

Xarici KİV Cennifer Lopezin Beverli-Hilizdə bir neçə belə dəbdəbəli malikanəyə sahib olduğunu yazır.

Избранный
35
1
metbuat.az

2Источники