ain.az bildirir, Ayna portalına istinadən.
"Qrenlandiya ilə bağlı mövqeyimiz çox aydındır: o, Danimarkanın bir hissəsidir”
“ABŞ Prezidenti Donald Trampın 1 fevraldan etibarən bir neçə Avropa ölkəsinə tarif tətbiq etmək planı səhvdir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Böyük Britaniya Baş naziri Keir Starmer deyib.
"Bu, tamamilə səhvdir", - deyə Baş nazir vurğulayıb.
Starmer həmçinin ABŞ-ın Qrenlandiyanın gələcəyinə dair hər hansı bir qərar qəbul etmək cəhdlərinə qarşı çıxıb.
O vurğulayıb ki, "Qrenlandiya ilə bağlı mövqeyimiz çox aydındır: o, Danimarkanın bir hissəsidir. Qrenlandiyanın gələcəyi yalnız Qrenlandiyalıların və danimarkalıların qərar verməli olduğu məsələdir".
Eyni zamanda, Baş nazir NATO-nun Arktikada təhlükəsizliyin təmin edilməsinə daha çox diqqət yetirməli olduğunu bir daha vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.