Müğənni Nəfəs "Rəngarəng" verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, o, həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı məbləği açıqlayıb.
"İşim olduğu üçün məclisdə iştirak edə bilmədim. Üzrlü saysın. Ancaq hədiyyəsini göndərdim - 500 dollar. Getsəydim, 1000 dollar yazdıracaqdım".
Sənətçinin açıqlaması sosial mediada geniş müzakirələr yaradıb. (Milli.az)
Qeyd edək ki, bundan öncə müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı pulun məbləğini açıqlayıb. O, Tovuzlunun ad gününə 11 min manat yazdırdığını söyləyərək gündəmə gəlib.