İngiltərə Premyer Liqasının 22-ci turunda “Vulverhempton” “Nyukasl”ı qəbul edib.
İdman.Biz xəbər verir ki, oyun tam şəkildə qonaqların üstünlüyü ilə keçsə qapılar toxunulmaz qalıb. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, bu oyundan sonra “Vulverhempton” səkkiz xalla sonuncu – 20-ci pillədə qalıb. “Nyukasl” isə 33 xalla səkkizinci pillədə qərarlaşıb.