RU

KİV: Hindistandan Ermənistana “Pinaka” raketlərinin ilk partiyası göndərilib

Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib.
APA-nın Hindistan mediasına istinadən verdiyi xəbərə görə, Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda start verib.
Qeyd edək ki, Ermənistan Hindistanla dörd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb. Sazişə idarə olunan raketlərin və digər müdafiə avadanlıqlarının ixracı daxildir. Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.

Избранный
100
5
apa.az

10Источники