RU

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu, xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
155
10
yenisabah.az

10Источники