RU

Azərbaycan təyyarələri Ermənistan üzərindən uçuşlara başlayıb

Azərbaycanın yük aviaşirkəti “Silk Way”-in təyyarələri Ermənistan hava məkanı üzərindən uçuşlara başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.  Bildirilir ki, bu yaxınlarda Flightradar24 xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb.

Təyyarə Naxçıvandan Bakıya uçub. İl-76 nəqliyyat təyyarəsi Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçub.

“Armaeronavigation” “Sputnik Armenia”-ya Ermənistan ərazisi üzərindən uçuşu təsdiqləyib.

Bundan əlavə, onlar bildiriblər ki, bu, ilk uçuş deyil:

“Oxşar uçuşlar 2025-ci ildə çətin hava şəraiti səbəbindən baş verib”.

Избранный
146
4
cebheinfo.az

6Источники