Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda start verib.
Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb.
Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb. (APA)