Cari mövsümün əvvəlində “Neftçi”dən “Qarabağ”a keçən Ramil Şeydayev bu qış fasiləsində yenidən komandasını dəyişə bilər.Metbuat.az “Sportinfo.az”a istinadən xəbər verir ki, adıçəkilən hücumçunun “Zirə”yə icarəyə göndərilməsi gündəmdədir.Belə ki, Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.“Zirə” onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur.