RU

Kir Starmer Tramp ilə telefon danışığı aparıb

London, 19 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Danimarkanın Baş naziri, Avropa Komissiyasının və NATO-nun rəhbərləri ilə telefon danışığı aparıb.

AZƏRTAC Dauninq Stritin sözçüsünə istinadla xəbər verir ki, daha sonra o, ABŞ Prezidenti Donald Tramp ilə də əlaqə saxlayıb.

Baş nazir bütün telefon danışığı zamanı Qrenlandiya ilə bağlı Böyük Britaniyanın mövqeyini bir daha vurğulayıb. Bildirilib ki, “Yüksək Şimal”ın təhlükəsizliyi Avro-Atlantik maraqların qorunması baxımından bütün NATO müttəfiqləri üçün prioritet hesab olunur.

Kir Starmer, həmçinin qeyd edib ki, NATO müttəfiqlərinin kollektiv təhlükəsizliyi naminə atılan addımlara görə müttəfiqlərə qarşı tariflərin tətbiqi yanlış yanaşmadır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
124
3
azertag.az

4Источники