RU

FT: Pekin “Bir kəmər, bir yol” təşəbbüsünə rekord həcmdə vəsait yönəldir...

Çin qlobal resurslar uğrunda rəqabət fonunda xarici infrastruktur layihələrinə investisiyaları kəskin artırır...

Poliqon xəbər verir ki, The Financial Times qəzetinin tanış olduğu yeni araşdırmalara əsasən, Çin hakimiyyəti “Bir kəmər, bir yol” təşəbbüsünün maliyyələşdirilməsinə misli görünməmiş həcmdə vəsait ayırır. Məlumata görə, Si Tsinpinin flaqman xarici investisiya layihəsi çərçivəsində xərclər rekord səviyyəyə çatıb və bu, Pekinin qlobal miqyasda resurslar uğrunda mübarizədə mövqelərini gücləndirmək cəhdləri ilə əlaqələndirilir.

Araşdırmada bildirilir ki, 2025-ci ildə Çin Xalq Respublikasının proqram çərçivəsində xarici infrastrukturun maliyyələşdirilməsinə ayırdığı vəsait əvvəlki illə müqayisədə təxminən dörddə üç artaraq 213,5 milyard dollara yüksəlib. Analitiklərin fikrincə, Pekin ABŞ-nin dünya miqyasında təsirinin zəifləməsindən yararlanmağa çalışaraq vəsaitləri inkişaf layihələrinə yönəldib.

Qeyd olunur ki, yeni investisiyalar və tikinti sazişlərindəki artım əsasən iri qaz layihələri və ekoloji cəhətdən təmiz enerji sektorundakı təşəbbüslərlə bağlı olub. Təkcə ötən il ərzində Çin tərəfi bu çərçivədə ümumilikdə 350 saziş imzalayıb ki, bu da təşəbbüsün miqyasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.

2025-ci ildəki artım bir sıra çoxmilyardlıq meqalayihələr hesabına təmin edilib. Bunlara Konqoda Southernpec şirkətinin rəhbərliyi ilə qaz yatağının işlənməsi, Nigeriyada Çin Milli Kimya Mühəndisliyi Şirkətinin icra etdiyi Oqidikben qaz sənaye parkı, eləcə də İndoneziyanın Şimali Kalimantan bölgəsində Tongkun Group və Xinfengming Group-un birgə müəssisəsi tərəfindən həyata keçirilən neft-kimya zavodu daxildir.

Mütəxəssislər diqqətə çatdırırlar ki, formalaşan əsas tendensiyalardan biri Çinin, resursları ABŞ-ni tədarük zəncirindən kənarlaşdırmağa kömək edə biləcək ölkələrlə əməkdaşlığı gücləndirməsidir. Analitiklərin proqnozlarına görə, Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünə xərcləri cari ildə də artmaqda davam edəcək və bu artım əsasən energetika, mədənçıxarma sənayesi və yeni texnologiyalara yönələn investisiyalar hesabına təmin olunacaq.

Poliqon.info

Избранный
116
poliqon.info

1Источники