RU

Buzun altında dağlar, vadilər və göllər gizlənir

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Alimlər Antarktidanın buz örtüyü altında gizlənən relyefi indiyədək ən detallı şəkildə xəritələndiriblər. “Science” jurnalında dərc olunmuş araşdırmaya görə, buzun altında dağlar, vadilər, göllər və çökəkliklər mövcuddur.

Reyting.az xəbər verir ki, yeni xəritə peyk görüntüləri, buz qalınlığına dair məlumatlar və buzun hərəkətini izah edən fiziki modellərin birləşdirilməsi əsasında hazırlanıb. Bu yanaşma əvvəlki seyrək ölçmələrdən yaranan boşluqları aradan qaldırmağa imkan verib və buzun hərəkətinə təsir edən gizli vadiləri tam şəkildə üzə çıxarıb.

Elm adamları bu yeni xəritəni “Antarktidanın alt xəritəsi” adlandırırlar.

Araşdırmalar yüzlərlə kilometr uzanan qədim çay kanallarını, eləcə də tektonik sərhədləri ortaya qoyur.

Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr buzlaqların gələcəkdə ərimə prosesini və dəniz səviyyəsinin yüksəlməsini daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
127
reyting.az

1Источники