RU

Əfsanəvi portuqal Qazaxıstan klubunda

Portuqaliya və “Mançester Yunayted”in sabiq vingeri, 2016-cı ilin Avropa çempionu Nani Qazaxıstan “Aktobe”sinə keçəcək.

Publika.az xəbər verir ki, bu barədə “AmanVIBE” Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu “Aktobe” klubu ilə müqaviləsinin bütün şərtlərinə razılaşıb və tezliklə komandanın toplanışına qatılacaq. Nani ilə bir illik müqavilə imzalanacaq.

Portuqaliyalı hücumçunun maaşının Qazaxıstan Premyer Liqası tarixində ən yüksək olacağı vurğulanır.

Избранный
135
5
publika.az

6Источники