Türkiyə Superliqasında 18-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün 4 oyun olub.
“Kasımpaşa” – “Antalyaspor” və “Gənclərbirliyi” – “Samsunspor” matçlarında qalib müəyyənləşməyib. “Trabzonspor” səfərdə “Kocaelispor”a, “Fənərbaxça” isə “Alanyaspor”a qalib gəlib.
18 yanvar
"Kasımpaşa" – "Antalyaspor" - 0:0
"Gənclərbirliyi" – "Samsunspor" -1:1
Qollar: Koita, 60 – Marius, 38.
"Kocaelispor" – "Trabzonspor" - 1:2
Qollar: Petkoviç, 18 – F.Auqusto, 44. Muçi, 90+1.
"Alanyaspor" – "Fənərbaxça" - 2:3
Qollar: Haderqyonay, 3. Makuta, 27 – Talişka, 9; 78. Musaba, 52.
Turnir cədvəlinə 43 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 42 xalla 2-ci, "Trabzonspor" 38 xalla 3-cüdür.