İtaliyalı mütəxəssis Enzo Mareska “Real”ın baş məşqçi postuna namizədlər siyahısına daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.
Mənbənin qeyd etdiyinə görə, Madrid klubunun əsas prioriteti hələ də Zinəddin Zidan olaraq qalır. Lakin fransız mütəxəssisin klub prezidenti Florentino Pereslə münasibətləri əvvəlki qədər möhkəm deyil. Bundan əlavə, Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa milli komandasının baş məşqçisi olacağı ehtimal edilir.