RU

Elektromobil batareyalarının neçə ilə qədər işləyə biləcəyinə dair araşdırma aparılıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Kanadanın telematik şirkəti "Geotab" elektromobillərin batareyalarının deqradasiyası ilə bağlı genişmiqyaslı araşdırmanın nəticələrini dərc edib.

Oxu.Az bu barədə "New Atlas" saytına istinadən xəbər verir.

Bildirilir ki, təhlil 21 marka və modelə aid 22 700-dən çox nəqliyyat vasitəsinin real istismar məlumatlarını əhatə edib.

Əldə olunan nəticələrə görə, batareya tutumunun ortaillik azalması 2,3% təşkil edir. Bu tempdə deqradasiya zamanı batareya təxminən 13 il ərzində işlək vəziyyətdə qalır və bu müddətdən sonra onun tutumu ilkin göstəricinin 75%-nə düşür.

Qeyd edək ki, "Geotab" 2020-ci ildən etibarən aztonnajlı elektromobillərin akkumulyatorlarının vəziyyətini monitorinq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
194
oxu.az

1Источники