Yazını böyüt
Yazını kiçilt
Siyəzəndə içməli su xəttində qəza baş verib.
Hafta.az xəbər verir ki, qəza səbəbindən şəhərin 10 küçəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb.
Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və əməkdaşları hadisə yerinə cəlb olunub, su borusu təmir edilib.
Təmir bərpa işləri başa çatdıqdan sonra suyun verilişi təmin ediləcək.