RU

Diş əti problemləri hansı xəstəliklərə yol aça bilər?

Kardioloq Valeriya Bonadıykova ürək xəstəlikləri riskini artıran gizli amillərdən danışıb və onlardan qorunma yollarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssis lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, ürək problemlərinə səbəb ola bilən əsas gizli amillərdən biri  xroniki diş əti iltihabıdır. Bu halda ağız boşluğunda yaşayan bakteriyalar mütəmadi olaraq qana düşür.

Bonadıykova izah edib ki, bu bakteriyalar damarları zədələyir və aterosklerotik lövhələrin — damar divarlarında yaranan çöküntülərin formalaşmasını sürətləndirir. Nəticədə ürəyə düşən yük artır və ürək-damar xəstəlikləri riski yüksəlir.

Kardioloq vurğulayıb ki, diş əti xəstəliklərinin vaxtında müalicəsi və ağız boşluğunun müntəzəm gigiyenası ümumi iltihab səviyyəsini azaltmağa kömək edir. Bu isə öz növbəsində ürəyin yükünü azaldaraq sağlamlığın qorunmasına müsbət təsir göstərir.

Aytəkin TOFİQQIZI

Избранный
181
1
redaktor.az

2Источники