RU

İsti döşəmənin zərərləri

İsti döşəmələr, soyuq havada isinməyə imkan verən texnoloji funksiyadır. Son zamanlar evlərin isidilməsində daha çox isti döşəmə sistemlərindən istifadə edilir.

 

Həkimlər evdə istiliyin çox olmasının faydadan çox zərər gətirə biləcəyini qeyd edirlər. Belə ki, nəfəs almaqda narahatlıq, baş ağrısı, quru hava səbəbindən dəri və boğazın quruması halları ilə rastlaşa bilərsiniz.

 

Həkim travmatoloq-ortoped Ramil Nəcəfov Pravda.az-a bildirib ki, ayağında problemi olan şəxslərə bu cür istilik sistemi zərərli ola bilər:

Məşhur

“Damar genişlənməsi olan xəstələrə belə istilik sistemi tövsiyə edilmir. Çünki altdan gələn istilik damarların bir az daha genişlənməsinə yol aça bilir. Qanda durğunluq yaradır. Ayaqda olan iltihabi xəstəlikləri kəskinləşdirə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Yanvar 2026, 09:09   
Избранный
29
pravda.az

1Источники