RU

İsrail F-35-lərin sayını 48-ə çatdırıb

Yazını böyüt
Yazını kiçilt

İsrail Hərbi Hava Qüvvələri ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsini təhvil alıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.

İsrail 2010-cu ildən F-35 qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, yeni təyyarələrin gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin sayı 48-ə çatıb. İsrail 2024-cü ildə əlavə 25 F-35 sifariş edib və onların çatdırılmasına 2028-ci ildə başlanması planlaşdırılır.

Избранный
108
5
hafta.az

6Источники