RU

Azərbaycanda neçə ton çay yarpağı yığılıb?

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 204,9 ton yaşıl çay yarpağı yığılıb.

Modern.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 135,7 ton və ya 12,7% artıb.

Qeyd edək ki, 2025-ci ildə yaşıl çay plantasiyalarının ümumi sahəsi 947,8 hektar təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 1 069,2 ton məhsul yığılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
122
2
modern.az

3Источники