RU

Ötən il Vəkillər Kollegiyasına 1 556 şikayət daxil olub

Azərbaycanda 2025-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1 556 şikayət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında bildirilib.

Məlumata görə, bunlardan 162 (11 %) müraciət üzrə intizam icraatı başlanılıb (10 müraciət bir icraatda birləşdirilməklə), 1 394 (89 %) müraciət üzrə isə intizam icraatı başlanılması üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü (71 %) fiziki və hüquqi şəxslərdən, 46-sı (28 %) dövlət orqanlarından, 2-si (1 %) isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlərdir.

Vəkillərin İntizam Komissiyasının icraatında 190 intizam işi olub, onlardan 38-i (20 %) 2024-cü ildən qalıq qalan işlər, 152-si (80 %) isə 2025-ci ildə daxil olan işlərdir.

Vəkillərin İntizam Komissiyasının 15 iclası keçirilib. 190 intizam işindən 161 iş üzrə (85 %) müvafiq rəylər qəbul edilib, 25 iş üzrə (18 %) icraata xitamla bağlı VK Rəyasət Heyəti qarşısında məsələ qaldırılıb, 4 iş (2 %) isə hələ icraatda olmaqla araşdırması davam etdirilir.

Избранный
102
1
far.az

4Источники