Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.aia.az xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.Bəsti İsmayıl qardaşının Reanimasiya şöbəsində müalicə aldığını qeyd edib.aia.az