RU

Mask şirkətlərdən milyardlarla dollar kompensasiya tələb edir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Milyarder İlon Mask Amerikanın iki nəhəng şirkətinə - “OpenAI” və “Microsoft”a qarşı məhkəmə iddiası qaldırıb. Mask iddia edir ki, ilkin investisiyalarından mənfəət əldə etməyib və bu səbəbdən 79-134 milyard dollar məbləğində kompensasiya tələb edir.

Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Mask həmçinin “OpenAI” şirkətinin qeyri-kommersiya statusundan faktiki olaraq imtina etdiyini və “Microsoft”la tərəfdaşlığa gedərək onu aldatdığını vurğulayıb.

Qeyd edək ki, İlon Mask 2015-ci ildə “OpenAI”nin yaradılmasına 38 milyon dollar sərmayə yatırıb. Milyarderin vəkili bildirib ki, Mask olmasaydı, “OpenAI” şirkəti heç vaxt mövcud olmazdı.

Aparılan araşdırmalar və ekspert hesablamalarına əsasən, “OpenAI”nin “qanunsuz qazancı”nın təxminən 65,5-109,4 milyard dollar, “Microsoft”un isə 13,3-25 milyard dollar arasında olduğu iddia olunur.

Lakin “OpenAI” və “Microsoft” bu iddiaların, eləcə də İlon Maskın irəli sürdüyü tələblərin tamamilə əsassız olduğunu bildirərək dərc olunan bütün hesablamaları tənqid ediblər. “OpenAI” isə ümumilikdə bu iddiaları “ciddi olmayan sözlər” kimi qiymətləndirib. ABŞ-nın dünyaca məşhur şirkətlərindən birinin rəhbəri Sem Altman deyilənləri rəqiblərə mane olmaq məqsədilə hüquqi sistemdən sui-istifadə kimi dəyərləndirib.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
88
reyting.az

1Источники