RU

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanagətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarlaqeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davametdirir.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 58515 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEIkodlar son üç ayda 1 564 073 ədəd mobil nömrəyə aid abunəçi kimliyiilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 470 109 dəfə şəbəkəyəqoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların QeydiyyatSistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

“AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətininköçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır.Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsiməhdudlaşdırılır. Mobil cihazların IMEI kodlarının orjinallığınımygov portalında yoxlamaq mümkündür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən,xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkətelekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEIkodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

Məqalədə:
Избранный
155
13
az.trend.az

10Источники