RU

Rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ Yollarda son vəziyyət VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qarlı şaxtalı havalar avtomobil yollarında müəyyən problemlər yaradıb. Bir sıra avtomobil yollarını qar örtüb. Gecə saatlarında isə şaxtalı hava şəraitilə bağlı bəzi yollar buz bağlayıb.Bəs, ölkə ərazisindəki avtomobil yollarında hazırda vəziyyət necədir?Bununla bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas avtomobil yollarında vəziyyət normaldır:“Yüksək dağlıq və dağlıq ərazilərdə bəzi yollarda qismən problem var. Məsələn, Qobustan-Şamaxı, Quba-Xınalıq, Lənkəran-Lerik və digər yollarda düşən qar səbəbi ilə müəyyən problemlər var. Problemlərin ən qısa müddətdə aradan qaldırılması üçün AAYDA-nın yerli qurumları gücləndirilmiş iş rejimində çalışır. Qurumlar lazımı texnika və zəruri materiallarla təmin edilib”.

Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
124
2
bizim.media

3Источники