RU

Çilidə meşə yanğınları: ölənlərin sayı artır

Bakı, 19 yanvar, AZƏRTAC

Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Çili Prezidenti Qabriel Boriç bunu paytaxt Santyaqodan təxminən 500 kilometr cənubda yerləşən Konsepsion şəhərində təşkil olunan mətbuat konfransında deyib.

“Bu günədək 18 nəfərin öldüyü barədə məlumat təsdiqlənib. Təəssüf ki, bu rəqəmin artacağına əminik”, - deyə dövlət başçısı vurğulayıb.

Şənbə axşamı hakimiyyət orqanları Penko, Nacimiento və Laja bələdiyyələrində komendant saatı tətbiq edib.

Ölkənin Milli Meşə Təsərrüfatı Korporasiyasının məlumatına görə, hazırda Çilidə 14 meşə yanğını mövcuddur. Yanğınlar 24 min hektardan çox ərazini külə döndərib. Ən böyük yanğın Konsepsion əyalətində baş verib və 10 min 600 hektar ərazini əhatə edib. Yanğınlar Lirken şəhərin təxminən 80 faizini bürüyüb.

Избранный
113
2
azertag.az

3Источники