RU

Fermer "Prime Cotton" MMC şirkətindən şikayət etdi, təzyiqlərə məruz qaldı...

Neftçala rayonun II Qaralı kəndindən olan fermer Ceyhun Qafarov qaynarxəttə zəng etdiyinə görə "Prime Cotton" MMC şirkəti ilə olan müqaviləsi ləğv edilib...

Poliqon-a müraciət edən fermer Ceyhun Qafarov bildirir ki, ötən il 12 hektarda pambıq əkərək 36 ton məhsul əldə edib. Lakin ötən il baş verən bir insidentlə bağlı "Prime Cotton" MMC onunla müqaviləni ləğv edib.

Belə ki, Ceyhun Qafarovun bildirdiyinə görə keçən mövsüm Nevtçala rayon Pambıq zavodu müqavilədə göstərildiyi kimi, onu becərmə prosesində lazım olan texnika ilə təmin etməyib. Məhsulun məhv olacağından qorxan fermer isə Kənd Təsərrüfatı Nazirliyinin qaynarxəttinə zəng edib. Zəngdən sonra fermerin sahəsinə texnika göndərilib.

Ötən ilin noyabr ayında isə Neftçala rayonun baş aqronomu  Namiq Bağırov fermerə bildirib ki, bu il onunla ba\lanaın müqavilə ləğv olunub. Səbəb isə Ceyhun Qafarovun Kənd Təsərrüfatı Nazirliyinin qaynarxəttinə zəng etməsi göstərilib.

"Namiq Bağırov mənə bildirdi ki, qaynar xəttə zəng edib onlardan şikayət etdiyinə görə müqavilə ləğv edilib. Mən buna etiraz edəndə, Namiq Bağırov bildirdi ki, hara istəsəm şikayət edə bilərəm. Rəhbərliyin tapşırığına əsasən müqavilə olmayacaq. İstəsən lap prezidentə də müraciət edə bilərsən", deyə Ceyhun Qafarov Poliqon-a bildirib.

Fermer qeyd edir ki, o heç yerə işləmir və azyaşlı uşaqlar olan ailəsini torpağını əkərək dolandırır. Ceyhun Bayramov Neftçala Pambıq zavodunun rəhbərliyinə və rayon icra hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun müqaviləsi bərpa olunmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Poliqon-nun əməkdaşı "Prime Cotton" MMC şirkətinə müraciət edib. Bizə bildirdilər ki, məsələ araşdırılacaq, həm fermerə, həm də redaksiyamıza məlumat veriləcək. Aradan bir müddət keçəndən sonra biz yenidən "Prime Cotton" MMC şirkəti ilə əlaqə saxladıq, lakin telefonlarımıza cavab verən olmadı. Bir neçə gün ərzində dəfələrlə "Prime Cotton" MMC şirkəti ilə əlaqə saxlamağa cəhd eləsək də, cəhdimiz uğursuz oldu. Görünür ki, Namiq Bağırovun dediyi ki, rəhbərliyin tapşırığı qəti olub...

Xatırladaq ki, "Prime Cotton" MMC şirkətinin bu davranışları ölkə prezidentinin tapşırıqlarına və qanunlara ziddir. Haqlı olaraq qaynarxəttə zəng edərək üzləşdiyi problemi anladan və məhsulunu xilas etməyə çalışan fermerə qarşı "Prime Cotton" MMC şirkətinin bu şəkildə davranışı sadəcə anlaşılmazdır. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi məsələyə qarışaraq fermerin hüquqlarını bərpa edəcək.

Xatırladaq ki, Prime Cotton-nun iaş icraçı direktoru Rövşən Mahmudovdur.

Poliqon.info

Избранный
112
1
poliqon.info

2Источники