RU

Qlobal alkoqol istehsalçıları böhranla üzləşib

Bakı, 19 yanvar, AZƏRTAC

Dünyanın aparıcı alkoqol istehsalçıları – “Diageo”, “Pernod Ricard”, “Campari”, “Brown Forman” və “Remy Cointreau” dərin böhranla üzləşib.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, böhranın əsas səbəbi qlobal alkoqol nəhənglərinin koronavirus pandemiyasından sonra istehsalı kəskin artırmasıdır. Bunun yanlış strategiya olduğu üzə çıxıb. Belə ki, 2020-ci illərin əvvəllərində istehlakın artmasının ardınca bahalı spirtli içkilərə tələbatın azalması baş verib.

Ekspertlər qeyd edirlər ki, aparıcı alkoqol istehsalçıları hazırda satılmamış alkoqol "gölündə" boğulurlar. Bu günədək beş ən böyük istehsalçının anbarlarda yığılıb qalan alkoqollu içkilərinin ümumi miqdarı pulla ifadədə 22 milyard dollara çatır.

Mövcud şəraitdə spirtli içki nəhəngləri öz zavodlarının fəaliyyətini dayandırmaq və qiymətləri endirmək məcburiyyətində qalıblar.

Избранный
109
azertag.az

1Источники