RU

Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil, illərdir, səhnəyə çıxmıram..."

"Mən arada-sırada tamaşalarda oynayıram, amma fasilələrlə. Xəbərləri elə yazıblar ki, elə bil, illərdir, səhnəyə çıxmıram..."

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıtması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

 

"İki-üç ay bundan əvvəl də tamaşada oynamışam. Çalışacam ki, bundan sonra fasilə az olsun. Yanvarın 30-31-də, Allahın izni ilə, premyeramdır. Dəvət edirəm, gəlin. Davamı gələcək", - Xalq artisti bildirib.

 

Xatırlatma: A.Bəşirqızı yanvarın 30-da Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. O, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.

 

Aytəkin Qardaşova

Tarix: 19 Yanvar 2026, 11:46   
Избранный
73
2
pravda.az

3Источники