RU

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Bakı. Trend:

Yelo Bank 2025-ci ilin yekununa dair maliyyə nəticələriniaçıqlayıb. Rəqəmlərə nəzər yetirdikdə ötən il Bank üçün böyümə vəsabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozitportfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artımmüşahidə olunub. Belə ki:

- 2025-ci ilin sonuna Yelo Bank-ın aktivləri 1 mlrd 515 mlnmanat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18% - 235mln manatdan çox artım deməkdir.

- Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kreditportfeli 154 mln manat və ya 16% artımla 1 mlrd 89 mln manatayüksəlib.

- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: bizneskreditportfeli 15%, yəni 86 mln-dan çox artımla 673 mln manatı keçib.Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraqil ərzində mikro bizneslərə 418 mln manat vəsait ayırıb. İlinsonuna mikrokredit portfelinin həcmi 417,5 mln manat təşkil edib,bu da 2024-cü ilin analoji dövründən 20%, 70 mln manat çoxdur.

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: ilərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədəbu istiqamət üzrə portfelin həcmi 68 mln manat, yəni 20%-likartımla 415 mln manatı ötüb.

- Yelo Bank-ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ciilin sonunda Bankın əmanət portfeli 1.1 mlrd təşkil edib. Bugöstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 mln manat və ya 18%çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsinəmanətləri 809 mln manat təşkil edib.

- 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 mlnmanatdan çox - 19% artan faiz gəlirləri 180 mln manata yüksəlib.Qeyri-faiz gəlirləri isə 20 mln manatı ötüb.

- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmukapital 175 mln manat təşkil edib, bu da əvvəlki ilin eynidövründən 18%, yəni 26 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıqəmsalı 13.62%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə9.48% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanıüstələyir.

- Bankın 2025-ci ildə xalis mənfəəti isə 31.3 mln manat təşkiledib.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilingöstəricilərini belə şərh edib: "2025-ci il Yelo Bank üçündayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıyaqoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdəgözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə bizneskreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorunmaliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəkiyüksəliş isə fiziki müştərilərin Yelo Bank-a güvənərəkgələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativbank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha darahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki,2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və Yelo Bankmüştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməkləbazarda mövqeyini daha da möhkəmləndirəcək."

Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinəzəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Избранный
96
8
az.trend.az

9Источники