RU

Bu müsbət iqtisadi effektlərlə yanaşı, risklər də yaradır İqtisadçı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Onlayn bank tətbiqlərinin geniş yayılması, POS-terminalların artması və dövlət xidmətlərinin elektronlaşması nağdsız ödənişlər üçün mühüm infrastruktur bazası formalaşdırıb. Bu baxımdan, texniki və institusional zəmin mövcuddur”. 

Bunu 525.az-a  iqtisadçı ekspert Asif İbrahimov söyləyib. Onun dediyinə görə, kağız pulların tam və ya qismən dövriyyədən çıxarılması təkcə texnoloji məsələ deyil, həm də sosial-psixoloji məsələdir:

“Əhalinin müəyyən hissəsi, xüsusən regionlarda və yaşlı nəsil arasında nağd pula etibar daha yüksəkdir. Maliyyə savadlılığının səviyyəsi, rəqəmsal alətlərə inam və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu keçidin sürətini məhdudlaşdıra bilər. Onlayn pulların geniş tətbiqi müsbət iqtisadi effektlərlə yanaşı, risklər də yaradır”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
121
525.az

1Источники