RU

Tramp Tokayevi Qəzza “Sülh Şurasına” dəvət edib

Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay sputnikKZ-yə verdiyi açıqlamada Donald Trampın Kas;m-Jomart Tokayevi Qəzza “Sülh Şurasına” dəvət etdiyini və Qazaxıstana onun təsisçilərindən biri olmaq imkanı təklif etdiyini təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, bu dəvəti Qazaxıstan lideri  qəbul edib. Qazaxıstan Prezidenti Trampa dəvətə görə təşəkkür edən və iştirak etməyə razı olduğunu təsdiqləyən məktub göndərib.

ABŞ-ın Qəzza planı Zolağın müvəqqəti beynəlxalq idarəçiliyini və ABŞ-ın fikrincə, onun yenidən qurulmasına da nəzarət edəcək “Sülh Şurası”nın yaradılmasını təklif edir. Reuters-in əvvəllər verdiyi məlumata görə, Tramp özü bu Şuranın ömürlük sədri vəzifəsini icra edəcək.

Избранный
71
veteninfo.az

1Источники