RU

Xankəndi, Xocalı və Ağdərə ağ örpəyə bürünüb: Kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır 

Yanvarın 18-i axşam saatlarından Xankəndi şəhərinə yağmağa başlayan qar bu saatlarda da davam edir. Qar Qarabağa xüsusi gözəllik qataraq, qış mənzərəsini daha da füsunkar edib. Hər tərəf ağ örpəyə bürünüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə təmin olunması üçün işlər görülüb.

Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir.

Избранный
24
5
azerbaijan-news.az

10Источники