RU

Avropalı liderlər Tramp haqda danışmaq üçün qrup yaratdılar SİYAHI

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avropa liderləri ABŞ Prezidenti Donald Trampın xarici siyasətini müzakirə etmək üçün ortaq qrup yaradıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Giorgi Meloni kimi liderlər müntəzəm olaraq bir-biri ilə mesajlaşırlar.

Onlar Tramp qəribə və potensial təhlükəli bir şey etdikdə dərhal söhbətə başlayırlar. Hadisələr sürətlə irəlilədikdə və koordinasiya çətinləşdikdə, bu qrup söhbəti olduqca təsirli olur”, – deyə nəşr qeyd edib.

Bildirilib ki, qeyri-rəsmi qrupun adı “Vaşinqton Qrupu” adlandırılıb. Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski də bu söhbətə daxil edilib və müzakirələrdə birbaşa iştirak edir.

“Əvvəlcə “Könüllülər koalisiyası” Ukrayna gündəliyinə diqqət yetirirdi. Lakin zaman keçdikcə paytaxtlarda əsas fiqurlar arasında çox güclü əlaqələr yarandı, qarşılıqlı etimadı və birgə hərəkət etmək bacarığını gücləndirdi. Bu insanlar bir-birini yaxşı tanıyırlar və onlar üçün ünsiyyət qurmaq və yazışmaq asandır”, – deyə diplomatlardan biri nəşrə deyib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники