Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ İranın Ali Lideri Əli Xameneinin hakimiyyətinə son qoymaq üçün bütün mümkün addımları atmalıdır.
“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla ABŞ Senatının Respublikaçılar Partiyasından olan senatoru Ted Kruz çıxış edib.
"İnanıram ki, ABŞ bu rejimin sona çatması üçün mümkün olan hər şeyi etməlidir", - deyə senator Kruz “Fox News”-a verdiyi müsahibədə bildirib.
Senator Ayətullah Xameneinin Amerikaya nifrət etdiyini bildirib. Kruz qeyd edib ki, "O, müntəzəm olaraq "Amerikaya ölüm" şüarları səsləndirilən böyük izdihamlara rəhbərlik edir".
Bu arada, Xameneinin ofisinin sözçüsü Mehdi Fəzaeli ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyində dəyişiklik çağırışlarını "günahkar bir insanın çarəsiz cəhdləri" adlandırıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.