Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Kəşmirin Pakistanın nəzarətində olan hissəsində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri 700 000 nəfərin yaşadığı Battaqram şəhərindən 268 kilometr şimal-şərqdə yerləşib. Ocağı 31 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.