RU

Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın turizm potensialı yanvarın 15-dən 18-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayında 2024-cü illə müqayisədə 6 faiz artım müşahidə olunub.

Избранный
80
7
hafta.az

9Источники