RU

Epilepsiya haqqında hər şey: səbəblər, ilk yardım və müalicə - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat TibbiBərpa İnstitutunun nevroloqu Xatirə Rzayeva epilepsiya xəstəliyi,onun səbəbləri, növləri, ilk yardım qaydaları, diaqnostikası,müalicəsi, hamiləlik dövründə idarə olunması və xəstəyə qulluqxüsusiyyətləri barədə ətraflı məlumat verir.

- Xatirə xanım, ilk öncə epilepsiya xəstəliyi və onun yaranmasəbəbləri haqqında məlumat verərdiniz?

- Epilepsiya beyindəki elektrik aktivliyinin pozulmasınəticəsində təkrarlanan və nəzarətsiz tutmalarla xarakterizə olunanxroniki nevroloji xəstəlikdir. Əsas xüsusiyyətləri tutmalar, şüuritkisi, qıcolmalar, əzələ sıxılmaları və ya davranış dəyişiklikləriilə özünü göstərir. Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir vəbəzi hallarda dəqiq səbəb müəyyən edilə bilmir. Əsas səbəblərəgenetik faktorlar (ailədə epilepsiya halları varsa, genetikmeyillilik), beyin zədələri (travmalar, başın ciddi zədələnməsi),doğuş travmaları (doğum zamanı oksigen çatışmazlığı və ya zədələr),inkişaf pozğunluqları (autizm və ya serebral iflic kimi sinirsisteminin xəstəlikləri), şişlər və ya insult (beyində qandövranının pozulması və ya anormal toxumaların yaranması),infeksiyalar (menengit, ensefalit və ya digər infeksiyalar),maddələr mübadiləsi pozğunluqları (elektrolit disbalansı, şəkərsəviyyəsinin düşməsi - hipoqlikemiya və ya bəzi qidalanmaçatışmazlıqları), qızdırma tutmaları (xüsusilə uşaqlarda yüksəkqızdırma nəticəsində yaranan febril tutmalar) aiddir. Bəzi hallardaepilepsiyanın yaranma səbəbi məlum olmur. Bu, idiopatik epilepsiyaadlanır və genetik meyillilik əsas faktor hesab olunur. Epileptiktutmaları tətikləyən əsas amillərə yuxusuzluq (düzgün yuxurejiminin pozulması), stress (həddindən artıq emosional və yafiziki gərginlik), parlaq və ya titrəyən işıqlar, spirt vənarkotiklər, dərmanların vaxtında qəbul edilməməsi, hormonaldəyişikliklər (xüsusilə qadınlarda menstruasiya dövrü), aclıq və yaqidalanma çatışmazlığı, yorğunluq, qızdırma və xəstəliklər aiddir.Bu səbəbləri tanımaq və onlardan uzaq durmaq tutmaların qarşısınıalmağa kömək edir.

- Maraqlıdır, epilepsiyanın növləri varmı və hansılardır?

- Bəli, epilepsiya növləri tutmaların başlanğıcı vəsimptomlarına görə təsnif edilir. Əsas növlər fokal (qismən)epilepsiya və generalizə olunmuş epilepsiyadır.

Fokal tutmalar beynin müəyyən bir hissəsindən başlayır. Sadəfokal tutmalarda şüur açıq qalır, amma hissiyyat və ya əzələhərəkətində dəyişiklik olur. Mürəkkəb fokal tutmalarda isə şüurbulanıqlaşır, qeyri-adi davranışlar müşahidə edilir.

Generalizə olunmuş tutmalar beynin hər iki yarımkürəsində eynianda başlayır: absans tutmaları (qısa müddətli şüur itkisi, “boşbaxışlar”), toniq-klonik tutmalar (bədən sərtləşməsi vəqıcolmalar), mioklonik tutmalar (qol və ayaqlarda ani sıçrayışlar),atonik tutmalar (əzələlərin zəifləməsi nəticəsində ani yıxılma).Bəzən qarışıq tutmalar da olur – fokal tutmalar generalizə olunmuştutmalara çevrilə bilər.

- Epileptik tutma zamanı ilk yardım necə göstərilməlidir?

- Yardımın əsas məqsədi xəstəni qorumaq və təhlükəsizliyinitəmin etməkdir. Sakit olun, xəstəni sərt və təhlükəli əşyalardanuzaqlaşdırın, başının zədələnməməsi üçün altına yumşaq bir şeyqoyun, yan tərəfə çevirin ki, tənəffüs yolları açıq qalsın vətüpürcək boğulmaya səbəb olmasın. Boyun ətrafını boşaldın. Ağızaheç bir şey qoymayın və ya dişlərini açmağa çalışmayın. Tutmanınmüddətini izləyin – əgər 5 dəqiqədən artıq davam edərsə və yatəkrarlanarsa, dərhal təcili yardım çağırın. Tutmadan sonra xəstəözünə gələnə qədər yanında olun, çaşqınlıq və yorğunluq normaldır.Xəstəni zorla saxlamayın və ağzına heç bir əşya qoymayın.

- Tutmalar zamanı beyində hansı simptomlar yarana bilər?

- Anormal elektrik aktivliyi səbəbindən şüur itkisi və yaqarışıqlığı, amneziya, qıcolmalar, tonusun artması və ya itməsi,avtomatizmlər (şüursuz hərəkətlər), auralar (qəribə qoxular,səslər, deja vu), emosional dəyişikliklər (qorxu, narahatlıq),nəfəs alma problemləri, ürək ritmi dəyişiklikləri, tərləmə, qusmaola bilər. Fiziki fəsadlar kimi dil dişləməsi, yıxılma nəticəsindəzədələnmə və qəza riski də mövcuddur.

- Epilepsiyanın diaqnozu necə qoyulur?

- Diaqnoz dəqiq anamnez (tutma təsviri, tezliyi,tətikləyicilər), fiziki və nevroloji müayinə, EEG (beyin elektrikaktivliyini ölçür), MRT və ya KT (beyin strukturunu yoxlayır), qananalizləri və bəzən tətikləyici testlər vasitəsilə qoyulur.Nevroloq tərəfindən təsdiqlənir.

- Müalicə hansı hallarda və necə aparılır?

- Müalicə tutmaların idarə olunmasına və həyat keyfiyyətininartırılmasına yönəlib. Əsasən antiepileptik dərmanlar (fərdiseçilir), dərmanlara cavab verməyəndə cərrahi müdaxilə, ketogenikpəhriz (xüsusilə uşaqlarda), vagus sinir stimulyasiyası və həyattərzi dəyişiklikləri (yuxu, stress idarəsi, tətikləyicilərdənqaçınma). Müntəzəm nəzarət vacibdir.

- Epilepsiyanın hamiləliyə təsiri nələrdir?

- Epilepsiyalı qadınlar sağlam hamiləlik keçirə bilər, lakinplanlaşdırma vacibdir. Bəzilərində tutmalar artır (hormonaldəyişikliklər, yuxusuzluq səbəbindən), digərlərində azalır və yadəyişməz qalır. Şiddətli tutmalar ana və döl üçün risk yaradır(oksigen çatışmazlığı, doğum qüsurları). Hamiləlikdə nevroloq vəginekoloq nəzarəti, doğuşdan sonra dəstək lazımdır.

- Epilepsiyası olan xəstəyə qulluq etməyin əsas xüsusiyyətlərihansılardır?

- Təhlükəsiz mühit yaratmaq (iti küncləri yumşaq örtmək,sürüşkən səthləri aradan qaldırmaq, yüksək yerlərdən qorumaq),dərmanların vaxtında qəbuluna nəzarət, tətikləyicilərdən uzaqdurmaq (yuxu rejimi, stress azaldılması, fotosensitivlikdə işıqdanqorunma), tutma zamanı düzgün davranış, psixoloji dəstək (sosializolyasiyanın qarşısını almaq, müstəqilliyə təşviq), müntəzəm həkimmüayinəsi. Bu, təhlükəsizliklə yanaşı həyat keyfiyyətiniartırır.

Məqalədə:
Избранный
91
4
az.trend.az

8Источники