RU

Ştutqartda Azərbaycan Evi: Diaspor siyasətinin davamlılığının göstəricisi

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıqtəkcə siyasi və iqtisadi resurslarla ölçülmür. Xalqların özünütəqdimetmə bacarığı, milli dəyərlərin qorunaraq qlobal məkanadaşınması, diaspor potensialının səfərbər edilməsi ictimaidiplomatiyanın əsas dayaqlarına çevrilib.

Azərbaycan son illərdə bu sahədə ardıcıl və məqsədyönlü siyasəthəyata keçirən ölkələr sırasında yer alır. Almaniyanın Ştutqartşəhərində növbəti Azərbaycan Evinin və onun nəzdində həftəsonuAzərbaycan məktəbinin açılması məhz bu siyasətin davamlı vəsistemli xarakter daşıdığını göstərən mühüm nümunələrdəndir.

Ştutqart kimi strateji əhəmiyyətə malik bir Avropa şəhərindəAzərbaycan Evinin fəaliyyətə başlaması sadəcə mədəni mərkəzinaçılışı deyil, ölkəmizin ictimai diplomatiya xəttinin praktiknəticəsidir. Bu addım Azərbaycan dövlətinin xaricdə yaşayansoydaşları ilə əlaqələrə formal yanaşmadığını, əksinə, bumünasibətləri uzunmüddətli milli strategiyanın tərkib hissəsi kimigördüyünü nümayiş etdirir. İctimai diplomatiyanın əsas məqsədibeynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərməkdirsə,Azərbaycan Evləri bu məqsədin reallaşdığı ən effektivplatformalardan biri kimi çıxış edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdə həyatakeçirdiyi fəaliyyətlər göstərir ki, diaspor anlayışı yalnıznostalji bağlar üzərində qurulan emosional münasibət kimi deyil,milli maraqların qorunmasında və təşviqində aktiv subyekt kimiqəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi iləformalaşdırılan müasir diaspor siyasəti məhz bu yanaşmanı əsastutur. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, vahidideya ətrafında birləşməsi və yaşadıqları ölkələrin ictimai-siyasihəyatında fəal iştirak etməsi dövlət siyasətinin prioritetistiqamətlərindəndir.

Ştutqartda açılan Azərbaycan Evi bu baxımdan həm koordinasiya,həm də təmsilçilik funksiyasını daşıyır. Burada milli mədəniyyətin,dilin, tarix və ənənələrin yaşadılması ilə yanaşı, Azərbaycanınmüasir inkişaf modeli, regionda və dünyada oynadığı rol da yerliictimaiyyətə çatdırılır. Bu isə ictimai diplomatiyanın ən vacibelementlərindən olan “yumşaq güc” mexanizmlərinin real müstəvidəişləməsi deməkdir.

Xüsusi diqqətəlayiq məqamlardan biri Azərbaycan Evlərininnəzdində həftəsonu məktəblərinin fəaliyyətidir. Üçüncü və dördüncünəsil diaspor nümayəndələrinin ana dilini unutmaması, millikimliyini qoruyub saxlaması artıq təkcə mədəni məsələ deyil,strateji əhəmiyyət daşıyan bir prosesdir. Qloballaşmanınsürətləndiyi bir dövrdə assimilyasiya riski ilə üz-üzə qalandiaspor gəncliyi üçün bu məktəblər milli yaddaşın qorunmasıbaxımından mühüm rol oynayır. Ştutqart kimi azərbaycanlılarınkompakt yaşadığı bir məkanda bu modelin tətbiqi təsadüfi deyil vəDiasporla İş üzrə Dövlət Komitəsinin planlı fəaliyyətininnəticəsidir.

Azərbaycan dövlətinin diasporuna göstərdiyi diqqət və qayğıyalnız təşkilati dəstəklə məhdudlaşmır. Tədris vəsaitləri,dərsliklər, metodiki materiallar, onlayn platformalar vasitəsiləxaricdəki məktəblərin fasiləsiz fəaliyyəti təmin edilir. Butəşəbbüslər göstərir ki, Azərbaycan diasporla işi ənənəvi üsullarladeyil, müasir texnologiyaların imkanlarından istifadə etməkləqurur.

Ştutqartdakı Azərbaycan Evinin açılışı eyni zamanda diaspordaxilində birliyin möhkəmlənməsi baxımından da önəmli hadisədir.Avropanın müxtəlif ölkələrindən, Almaniyanın ayrı-ayrışəhərlərindən soydaşlarımızın bu tədbirə qatılması diasporşəbəkəsinin artıq regional çərçivədən çıxaraq daha geniş miqyasaldığını göstərir. Bu cür platformalar fərdi təşəbbüsləri vahidməqsəd ətrafında birləşdirir və diaspor fəaliyyətini sistemli halagətirir.

Azərbaycan Evlərinin fəaliyyətində mədəni diplomatiya xüsusi yertutur. Sərgilər, konsertlər, ədəbi-bədii tədbirlər vasitəsiləAzərbaycan mədəniyyəti təkcə soydaşlarımıza deyil, eyni zamandayerli ictimaiyyətə təqdim olunur. Bu isə ölkəmiz haqqındastereotiplərin aradan qaldırılmasına, obyektiv və dolğun təsəvvürünformalaşmasına xidmət edir. Ştutqartda təşkil olunan mədənitədbirlər də Azərbaycan mədəniyyətinin universal dəyərlərləuzlaşdığını və beynəlxalq məkanda maraq doğurduğunu bir daha sübutedir.

Bu gün dünyanın 20 ölkəsində fəaliyyət göstərən 32 AzərbaycanEvi və 24 ölkədə mövcud olan 90-dan artıq həftəsonu məktəbiAzərbaycanın ictimai diplomatiyasının coğrafiyasının nə qədərgenişləndiyini göstərir. Bu rəqəmlər arxasında yalnız statistikgöstəricilər deyil, düşünülmüş dövlət siyasəti, ardıcılinstitusional dəstək və diasporla qurulan etibarlı tərəfdaşlıqdayanır. Dövlət başçısının tövsiyəsi ilə bu şəbəkəningenişləndirilməsi Azərbaycanın diaspor siyasətinin gələcəkdə dəprioritet olaraq qalacağından xəbər verir.

Nəticə etibarilə, Ştutqartda Azərbaycan Evinin və həftəsonuməktəbinin açılması bir mərasim çərçivəsindən xeyli kənara çıxan,strateji məna daşıyan hadisədir. Bu addım Azərbaycanın ictimaidiplomatiyasının davamlı uğurlarının, diasporla iş sahəsindəformalaşdırılmış effektiv modelin və dövlətin xaricdə yaşayansoydaşlarına göstərdiyi sistemli qayğının bariz təzahürüdür. Belətəşəbbüslər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə,milli maraqların qlobal məkanda daha güclü şəkildə müdafiəolunmasına və azərbaycanlı kimliyinin gələcək nəsillərəötürülməsinə xidmət edir.

Избранный
30
1
az.trend.az

2Источники