RU

Luvr belə qarət edilib -VİDEO

Fransanın TF1 televiziya kanalı 2025-ci ilin oktyabrında Parisdə yerləşən Luvr muzeyində baş vermiş qarət hadisəsinin eksklüziv videogörüntülərini yayımlayıb. Vətəninfo.az xəbər verir ki, video TF1-in rəsmi saytında dərc olunub.

Müşahidə kameralarına düşən kadrlarda iki qarətçi görünür. Görüntülərdə onların qoruyucu şüşəni bolqar kəsici alətlə kəsmələri, daha sonra dirsəkləri ilə sındırmaları və vitrindən bəzək əşyalarını götürərək hadisə yerindən uzaqlaşmaları əks olunub.

Qeyd edək ki, Luvr muzeyində qarət 19 oktyabr 2025-ci il tarixində səhər saatlarında baş verib. Cinayətkarlar sarı rəngli işçi jiletləri geyinərək özlərini texniki personal kimi təqdim ediblər. Onlar tikinti nərdivanı vasitəsilə Apollon qalereyasının pəncərəsinə qalxaraq, cəmi bir neçə dəqiqə ərzində Napoleonun zərgərlik kolleksiyasına aid doqquz eksponatı oğurlayıblar.

Oğurlanan qiymətli əşyaların ümumi dəyərinin təxminən 76 milyon avro olduğu bildirilir.

Daha əvvəl Luvrun qarətində şübhəli bilinən şəxslərdən biri ifadəsində cinayəti törətmək təklifinin slavyan aksenti ilə danışan iki nəfər tərəfindən edildiyini söyləyib. Polis bu ifadələrə ehtiyatla yanaşsa da, cinayətin arxasında xaricdə olan maliyyəçilərin dayanması ehtimalını istisna etmir.

Избранный
45
veteninfo.az

1Источники