Bakı. Trend:
"Qarabağ"ın futbolçusu Emmanuel Addaiyə Türkiyə Superliqasındanmaraq var.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini "Konyaspor"heyətinə cəlb edə bilər.
Bildirilib ki, yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün ikioyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə"Eyyüpspor"dan Prins Ampemi heyətə cəlb etmək istəyir. Qanalıyarımmüdafiəçi "Konyaspor"un ən çox maraqlandığı adlardan biridir."Eyüpspor"da üçüncü mövsümünü keçirən oyunçu İstanbul klubunda 84matça 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Əgər Ampemin transferi baş tutmasa, "Konyaspor" diqqətiniAzərbaycana yönəldəcək. Xəbərdə bildirilib ki, Avropadakı uğurluçıxış ilə diqqətləri cəlb edən "Qarabağ"ın cinah oyunçusu"Konyaspor"un transfer siyahısındadır. 24 yaşlı Addai bu mövsüm"Qarabağ"da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu iləmövsümün sonuna qədər müqaviləsi var.